Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Ermənilərin və havadarlarının humanitar şou yaratmasının heç bir əsası yoxdur” Könül Nurullayevva



Newscenter.az.25.03.2022. Ermənistan və Qərbdəki bəzi erməni təəssübkeşləri Qarabağda qəza səbəbindən qazın verilməsinin dayandırılması ətrafında humanitar şou yaradırlar. Halbuki qaz xəttində texnogen qəzalar normal haldır və dünyanın hər yerində rast gəlinən problemdir.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkili bildirib ki, bu gün Azərbaycanda qazlaşdırma 97-98 faiz olsa da, bəzi ucqar rayonlarda hələ də qaz təchizatı problemi mövcuddur:

"Çünki bəzi rayonlar dəniz səviyəsindən 1500+ yüksəklikdədirlər və qaz xətlərinin çəkilməsi olduqca ağır məsələdir. Xankəndi də dəniz səviyyəsindən 853 metr yüksəklikdə yerləşir, orada da qaz təchizatı məsələsində problemlərin yaranması ilk hadisə deyil. Bu vaxta qədər də, ərazilər işğal altında olanda da Xankəndinin qaz təchizatında ciddi problemlər olub. Bu gün qaz xəttinin keçdiyi ərazidə Rusiya sülhməramlıları yerləşib. Həmin ərazilərin Ermənistana heç bir aidiyyəti yoxdur".

Deputat hesab edir ki, bununla belə, bu gün bəzi qərb dairələri məsələnin mahiyyətinə varmadan, erməni lobbisinin dezinformasiyalarına əsaslanaraq məsuliyyətsiz bəyanatlar verirlər:

"Ermənistan Azərbaycan əraziləri ilə bağlı açıqlamalarına, iddialarına son qoymalıdır. Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etdi, Azərbaycan xalqı etnik təmizləməyə məruz qaldı, milli mədəni sərvətimiz məhv edildi, təbii ehtiyatlarımız talan olundu, ölkəmiz ekoloji terrora məruz qaldı, Avropa İttifaqı da daxil olmaqla Qərbin heç bir qurumu, ölkəsi işğalçının cəzalandırılması ilə bağlı təsirli addım atmadı. Ermənistan Naxçıvan MR-i blokadası nəticəsində muxtar respublika 15 il qazsız, elektrik enerjisiz qaldı, 300 min əhali qışın sərt soyuğu ilə sınağa çəkildi, amma Avropa İttifaqı və digər qurumlar problemi görməzdən gəldilər. Eyni zamanda ermınilər işğal dövründə Sərsəng su anbarında yayda suyu bağlamaqla, qışda isə açmaqla uzun illər ətraf əraziləri ekoloji terrora məruz qoydular. Hətta məsələ ilə bağlı AŞPA tərəfindən qətnamə qəbul edildi, lakin problemin həllinə dair heç bir təsirli addım atılmadı. Bu gün Xankəndidə ermənilərin qaz məsələsinin şişirdilməsi, Qərbin müəyyən dairələrinin ikili standartlarını, qrup maraqlarına xidmət etdiklərini, erməni təəssübkeşliyini və Avropa dəyərlərinə tamamilə zidd davranış göstərdiklərini aydın nümayiş etdirir.".

Ruhiyyə
Xəbəri paylaş