Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hərbi ekspert: "Kimsə ikiüzlülük edirək dünya üçün seperatizmin törətdiyi ağır fəsadlarını görmürsə,..."



Ədalət Verdiyev: "Deməli onun insanlıqda heç payı yoxdur"

Newscenter.az.25.03.2022. Ermənistanla bərabər bir çox beynəlxalq təşkilatlardan Azərbaycanın ünvanına etirazlar səslənir. Etirazların əsas mahiyyəti bundan ibarət idi ki, Qarabağda ermənilər üşüyür, hava soyuqdur, Bakı onların qaz təchizatını bərpa etməlidir. Burada həmin etirazları səsləndirənlərə çox sayda suallarım yaranır:

1.Uzun illər ərzində 1 milyon azərbaycanlı dəmir vaqonlarda və çadırlarda soyuqda donanda harda idiniz?
2.Ermənistan işğal etdiyi Laçın və Şuşa ərazisindən icazəsiz bu qaz xəttini çəkəndə harda idiniz?
3.Ermənistanın Azərbaycanın tikdiyi Sərsəng su anbarından azərbaycanlılara yayda su verməyəndə, qışda isə artıq su buraxıb evləri su altında qoyanda harda idiniz?
4.30 il ərzində Ermənistan Azərbaycana Naxçıvana qaz ötürməyə imkan verməyəndə harda idiniz?
5.16 aydır Ermənistanın məğlub tərəf kimi üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməyəndə harda idiniz?
6.Xocalı soyqırımından Gəncə qətliamına qədər olan müddətdə harda idiniz?
7.Azərbaycanın əraziləri, o cümlədən ətraf rayonlar, Qarabağın tamamı, Naxçıvanın bir, Qazaxın isə 7 kəndi işğal olunanda və hələ də qaytarılmayanda harda idiniz?

Sualları uzatmaq olar, amma məncə kifayətdir. Zəngəzurda, Qarabağda və Ukraynada baş verənlərdən sonra, yenə də kimsə ikiüzlülük edirək dünya üçün seperatizmin törətdiyi ağır fəsadlarını görmürsə, deməli onun insanlıqda heç payı yoxdur.

Ədalət Verdiyev-hərbi ekspert
Xəbəri paylaş