Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kreml Azərbaycana qarşı ikinci cəbhə açmaqda maraqlı olmamalıdır

Kreml Azərbaycana qarşı ikinci cəbhə açmaqda maraqlı olmamalıdır


Newscenter.az.25.03.2022. Ermənistan rəsmilərinin və Qarabağdakı erməni separatçıların Azərbaycan ordusunun mövqelərini irəli çəkməsiylə bağlı yaydıqları xəbərlərin mətnində bölgədəki rusiyalı hərbçilərə yüngülcə tənqid hiss olunur. Açıqlamalarında “rusiyalı sülhməramlıların Azərbaycan hərbçilərini əvvəlki mövqelərinə qaytaracağına ümid edirik” cümləsini yazırlar. Azərbaycan hərbçilərinin durduqları yerdən geri çəkilməsi ehtimalı azdır.

Newscenter.az xəbər verir ki, bu fikirləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, Azərbaycan və Rusiya prezidentləri arasında 22 fevralda imzalanan bəyanata görə iki dövlət bir-birlərinin ərazisində separatçı fəaliyyətlərə imkan verməməlidir:

"Bəyanatın birinci bəndinə görə rusiyalı hərbçilər Azərbaycan hərbçilərinin separatçıları tərksilah etməsi prosesinə mane olmamalıdırlar. Rusiya hərbçiləri Qarabağda bizə mane olarlarsa, bu 22 fevral bəyanatına zidd olacaq. Kreml Ukrayna ilə yanaşı Cənubi Qafqazda dost adlandırdığı Azərbaycana qarşı ikinci cəbhə açmaqda maraqlı olmamalıdır. Digər tərəfdən rusiyalı hərbçilər bizə mane olmazlarsa Ermənistan hakimiyyətinin və Qarabağdakı separatçıların bölgədəki sülhməramlılara münasibəti dəyişəcəkmi? Burası maraqlıdır".

Mehman
Xəbəri paylaş