Newscenter.az.25.03.2022. Ukraynanın Mariupol şəhərində Dram Teatrının binasının bombalanması nəticəsində 300-ə yaxın insan həlak olub.
“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurası məlumat yayıb.
“Təəssüf ki, günə pis xəbərlə başlayırıq. Şahidlərin bildirdiyinə görə, Mariupol Dram Teatrının Rusiya təyyarəsi tərəfindən bombalanması nəticəsində 300-ə yaxın adam həlak olub”, - məlumatda deyilir.
Şəhər Şurasından xatırladılıb ki, teatrın binası qarşısındakı nəhəng “UŞAQLAR” yazısı da Rusiya qoşunlarını dayandırmayıb.
Xatırladaq ki, daha əvvəl UNİAN martın 16-da Rusiya təyyarəsinin Mariupolda yüzlərlə mülki şəxsin gizləndiyi Dram Teatrının binasına bomba atdığını yazmışdı. Sığınacağa giriş dağıntılarla bağlanıb və atəşin davam etməsi səbəbindən uzun müddət xəsarət alanlar barədə məlumat olmayıb.