Newscenter.az.25.03.2022. "Bir aydır davam edən müharibə, Rusiyanı xəyal qırıqlığına uğratdı. Bunun üçün Rusiya daha da təhlükəli variantları gözdən keçirir. Bunlardan biri də müharibəni Avropanın digər ölkələrinə daşımaq və Avropa ölkələrində qorxu və həyəcan yaratmaqla bir qismini öz tərəfinə çəkmək planıdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, bunun həyata keçirilməsi üçün terrorçu təşkilatlardan belə istifadə oluna bilər:
"Rusiya rəsmilərinin dəfələrlə səsləndirdiyi ,,bizi batırmaq istəyənləri, biz də batıracağıq" bəyanatı, bir başa Qərb ölkələrini hədəf alır. Serbiya, Slovakiya, Xorvatiya, Bolqarıstan, Macarıstan Ukraynaya dəstək verməkdən açıq şəkildə imtina edir. Serbiya və Bolqarıstan hətta olub bitənləri, Qərbin slavyan xalqlarına qarşı düşmənçilik siyasəti adlandırır və Rusiyanı slavyan xalqlarının mərkəzi bilirlər. Xorvatiya isə NATO üzvü olmasına rəğmən, Rusiya və Ukrayna arasında gedən müharibədə, NATO-nun yanında durmayacaqlarını bəyan edib. Xorvatiya Balkan yarımadasında Abş-a ən yaxın ölkə olaraq bilinir. Buna baxmayaraq, onlar Ukraynaya dəstək verməkdən imtina etdilər. Bu müharibənin fonunda, bu ölkələrin yürutdükləri siyasətin arxasında , heç də slavyan təəssübkeşliyi dayanmır. Bu Rusiyadan ehtimal olunan təhlükyə qarşı, müdafiə olunmaq siyasəti sayıla bilər".
Mehman