Newscenter.az.26.03.2022. "Birləşmiş Ştatların Azərbaycan qoşunlarının Qarabağda yerdəyişməsi ilə bağlı narahatlığını ifadə etməsi anlaşılan deyil",
Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. O bildirib ki, Qarabağın Azərbaycan ərazisi olduğunu ABŞ dəfələrlə təsdiqləyib:
"Bütün dünyada və okeanda fasiləsiz yerdəyişmələr edən, Suriya, Əfqanıstan, Vyetnam və s. sərhədlərindən min kilometrlərlə uzaqda yerləşən ölkələrdə meqtonlarla qan tökən ABŞ Ordusunun fəaliyyətlərindən narahat olmayanların, Azərbaycan Ordusunun öz sərhədləri daxilində manevrlərininin adını çəkməyə belə haqqı yoxdur".
Mehman