Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almaniyadan Ukraynaya daşınan zenit raket kompleksləri və pulemyotlar gətirilib

Almaniyadan Ukraynaya daşınan zenit raket kompleksləri və pulemyotlar gətirilib


Newscenter.az.26.03.2022. Almaniyadan 1,5 min “Strela” daşınan zenit raket kompleksi və 100 ədəd “MG3” pulemyotu Ukraynaya gətrilib.

“Report” xəbər verir ki, bu barədə “DPA” agentliyi Ukrayna hökumət dairələrindəki mənbələrə istinadən məlumat yayıb.

Bununla yanaşı Kiyevə odlu silahlar üçün 8 milyon patron ötürülüb. Eyni zamanda, Almaniyadan Ukraynaya digər yardımların da çatdırıldığı bildirilir.

Söhbət 350 min ərzaq bağlaması, 50 tibbi maşın və tibbi ləvazimatdan gedir. Almaniya Müdafiə Nazirliyi bu məlumatı şərh etməkdən imtina edib.
Xəbəri paylaş