Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan ərazisində heç bir xarici dövlətin "məsuliyyət zonası" yoxdur

Azərbaycan ərazisində heç bir xarici dövlətin "məsuliyyət zonası" yoxdur


Newscenter.az.26.03.2022. Rusiya Müdafiə Nazirliyi açıqlama yayaraq Azərbaycan ordusunu "Rusiya sülhməramlılarının məsuliyyət zonasına daxil olmaqla" ittiham etməyə çalışıb. Təəssüf ki, bütün dünya Rusiyaya məsuliyyətin nə olduğunu başa salmağa çətinlik çəkdiyi bir vaxtda Rusiya Müdafiə nazirliyi belə bir yanaşma ortaya qoyur.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Araz Aslanlı səsləndirib. O bildirib ki, Azərbaycan ərazisində heç bir xarici dövlətin "məsuliyyət zonası" yoxdur:

"Bu yanaşmanın nə hüquqi əsası var, nə də bölgənin reallıqlarına uyğun deyil. Xankəndi və Xocalı da daxil olmaqla Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi bütün ərazilər Azərbaycanındır, Azərbaycan dövlətinin məsuliyyət zonasıdır".

Politoloq qeyd edib ki, Rusiyanın borcu isə götürdüyü öhdəliklərə uyğun olaraq sülhün möhkəmləndirilməsinə və münaqişənin tam həllinə töhfə verməkdir:

"Münaqişənin ömrünü uzatmağa xidmət edən istənilən addım pis niyyət ya da məsuliyyətsizlik deməkdir. Hansı olduğuna Rusiya özü qərar versin. Amma hər iki hal sadəcə sülhməramlıların ömrünü qısaltmaqla qalmayacaq, eyni zamanda Azərbaycan-Rusiya münasibətlərinə də bərpası çətin zərərlər vuracaq".

Mehman
Xəbəri paylaş