Newscenter.az.26.03.2022. Azərbaycanda koronavirusa 41 yeni yoluxma qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Məlumata görə, koronavirus analizi nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 791 695 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 641 nəfər müalicə olunaraq sağalıb, 9 679 nəfər vəfat edib. aktiv xəstə sayı 375 nəfərdir.
Son gün ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 696, bu günə qədər isə ümumilikdə 6 681 983 test icra olunub.