Newscenter.az.26.03.2022 ABŞ Prezidenti Co Bayden Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və müdafiə naziri Aleksey Reznikov ilə görüşüb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Varşavada keçirilən görüşə həmçinin ABŞ-ın müdafiə naziri Lloyd Ostin və dövlət katibi Entoni Blinken də qatılıb.
Görüşdə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və Ukraynaya hərbi yardım məsələləri müzakirə edilib.