Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyada koronavirusa yoluxanların sayı 476 milyonu keçib

Dünyada koronavirusa yoluxanların sayı 476 milyonu keçib


Newscenter.az.26.03.2022. Dünyada koronavirusa yoluxanların sayı 476 milyonu, ölənlərin sayı isə 6,01 milyonu ötüb.

Newscenter.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Martın 25-də ÜST dünya üzrə 476 374 234 yoluxma və 6 108 976 nəfərin ölməsi barədə məlumat alıb. Gün ərzində yoluxanların sayı 1 608 935, ölənlərin sayı 5 143 nəfər artıb.

Yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya və Fransa ilk dördlüyü bölüşür.

ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 79 139 385 nəfərə çatıb, 967 905 nəfər infeksiya səbəbindən vəfat edib.

İkinci yerdə qərarlaşan Hindistanda 43 016 372 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 516 755 nəfər ölüb.

Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 29 729 991 nəfər virusa yoluxub, onlardan 657 998 nəfəri ölüb.
Xəbəri paylaş