Newscenter.az.26.03.2022. Ermənistan rəsmiləri və erməni separatçıları yeni hiyləyə əl atıblar. Onlar son açıqlamalarında Qarabağdakı son gərginliyi Ukraynadakı müharibəylə əlaqələndirirlər. Yəni demək istəyirlər ki, Azərbaycan Rusiyanın Ukraynada müharibəyə başının qarışmasından istifadə edərək Qarabağdakı mövqelərini gücləndirir.
Newscenter.az xəbər verir ki, bu fikirləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu səsləndirib. Onun sözlərinə görə, ermənilər anlamırlar ki, Ukraynada müharibə olmasaydı belə biz qarşımızda dayanan hədəflərə çatmalıyıq:
"Birincisi, separatçılar tərksiilah olunmalı, ikincisi, Xocalı qəsəbəsi və Şuşanın kəndləri boşaldılmalı, üçüncüsü, Laçın dəhlizi nəzarətimizə keçməli, dördüncüsü, Qarabağın tamamı Azərbaycan qanunları ilə idarə olunmalıdır".
Mərkəz rəhbəri onu da qeyd edib ki, Ermənistan rəsmiləri və Qarabağ separatçıları son gərginliyi Ukraynadakı müharibə ilə əlaqələndirərkən Kremlin qorxusundan Rusiya və Azərbaycan prezidentlərinin fevralın 22-də imzaladıqları bəyanat haqqında danışmaq istəmirlər:
"Həmin bəyanatın birinci bəndinə görə Qarabağda separatçı qalmamalı və rusiyalı hərbçilər Azərbaycana hədəflərinə çatmaqda mane olmamalıdırlar".
Mehman