Newscenter.az.26.03.2022. "Rusiya növbəti dəfə riyakarlıq edir. Bir daha məlum olur ki, Rusiyaya etibar etmək olmaz. Bu, öz yerində".
Newscenter.az xəbər verir ki, bu fikirləri Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı səsləndirib. Onun sözlərinə görə, bu günlər baş verən hadisəlırin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan 2020-ci ilin sentyabr - noyabrında BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdiyi kimi indi də 10 noyabr razılaşmasının bəndlərini birtərəfli qaydada yerinə yetirmək məcburiyyətindədir:
"ABŞ rəhbərliyi, bəzi beynəlxalq qurumlar erməniləri müdafiə etdi, Rusiya da qərəzli mövqeyini göstərdi. Rusiya müdafiə nazirliyi "Dağlıq Qarabağ qoşunları" ifadəsini işlətməklə çox böyük qələt etdi. Rusiya XİN isə ehtiyatlı davrandı, yanlış ifadələr işlətmədi".
QAT sədri hesab edir ki, istənilən halda bu münasibətlər gözlənilən idi:
"Hesab edirəm ki, Azərbaycan rəhbərligi öz işini bilir, uyğun hazırlıq olmadan bu addımı atmazdı. Amerika və Rusiyaya verilən cavablar da bunu deməyə əsas verir. İnanırıq ki, istədiyimiz və gözlədiyimiz nəticə olacaq. Azərbaycan inamla tam qələbəyə doğru gedir".
Mehman