Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan iqtisadiyyatının ən zəif sektorlarından birincisi kənd təsərrüfatıdır-

Azərbaycan iqtisadiyyatının ən zəif sektorlarından birincisi kənd təsərrüfatıdır-


Newscenter.az.27.03.2022. "Azərbaycan iqtisadiyyatının ən zəif sektorlarından deyərdim ki, birincisi kənd təsərrüfatıdır".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən iqtisadçı ekspert Qubad İbadoğlu deyib ki, son illər aqrar bölmədə dövlət resurslarından və imtiyazlarıdan sui-istifadəsi sayəsində yaradılan əlavə dəyərin, qiymət bahalaşması hesabına əldə edilən qazancların böyük bir hissəsi ranqlı məmurlara gedir:

"Buna səbəb İnam Kərimovun dövründə yaradılan və hər il yüz milyonlarla manat büdcə vəsaiti hesabına subsidiyalaşdırılan arqo-parklara görə xırda fermer və ailə təsərrüfatlarının sıxışdırılması, torpaqların və təsərrüfatların kəndlilərin əlindən alınmasıdır".

Ekspert qeyd edib ki, hazırda Azərbaycanda ən acınacaqlı duruma düşən kəndlidir, onların bir sinif kimi sıradan çıxarılmasına az qalır:

"Bu ölkənin ərzaq təhlükəsizliyinə də risklər yaradır, qiymətlərin bahalaşmasına və yoxsulluğa da gətirib çıxarır"

Mehman
Xəbəri paylaş