Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda cəmi 328 aktiv koronavirus xəstəsi var

Azərbaycanda cəmi 328 aktiv koronavirus xəstəsi var


Newscenter.az.27.03.2022. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 55 yeni yoluxma faktı qeydə alınıb, 100 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 750 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 741 nəfər müalicə olunaraq sağalıb, 9 681 nəfər vəfat edib. Aktiv xəstə sayı 328 nəfərdir.

Son gün ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 313, bu günə qədər isə ümumilikdə 6 685 296 test icra olunub.
Xəbəri paylaş