Newscenter.az.27.03.2022. Qarabağ münaqişəsinin başa çatmasına baxmayaraq Ermənistan tərəfi Qarabağ ətrafında süni narazılıq yaradaraq bu məsələ ilə bağlı yenidən beynəlxalq gündəmi manipulasiya etməyə çalışır. Təəssüf ki, qərəzli mövqeyi ilə tanınan ABŞ QHT-ləri yenə öz ampulasındadır. Human Rights Watch təşkilatı beynəlxalq ictimaiyyəti Qarabağdakı vəziyyətlə bağlı yanlış bilgilərlə məlumatlandırmağa və guya Azərbaycanın orada yaşayan əhalinin qazını kəsməkdə günahlandırır.
Birincisi ondan başlamaq lazımdır ki, “Dağlıq Qarabağ əhalisi” deyilən bir anlayış yoxdur, əgər Azərbaycanın Qarabağ yaşayanları dondurucu soyuqda istiliksiz qoymaq kimi bir niyyəti olsa idi, bunu təzyiq vasitəsi kimi qış mövsümü bitəndə deyil, başlayanda edərdi. Azərbaycanın rəsmi mövqeyinə görə Qarabağda yaşayan ermənilər Azərbaycanın ərazisində yaşadığına görə bizim sakinlər sayılır və biz onlara orada normal yaşamağa şərait yaratmağa hazırıq. Lakin əsas təhlükə Qarabağdakı mülki erməni əhalisi arasında gizlənən qeyri-qanuni erməni silahlı dəstələrindən gedir ki, onlar mütləq şəkildə qısa zamanda tərkisilah olunmalıdır. Bu bütün Qarabağ bölgəsi üçün və ümumilikdə bütün region üçün təhlükəsizlik məsələsidir və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması və kommunikasiyaların tam bərpa olunmasına mane olur.
Azərbaycanın vətən müharibəsində apardığı peşəkar müharibədə demək olar ki, bir iki hal istisna olmaqla Qarabağda erməni mülki əhalisindən bir nəfərin burnu belə qanamadı. Ermənistandan fərqli olaraq hərbi əməliyyatlar zamanı mülki obyektlərə zərbələr endirilmədi. Baxmayaraq ki, hələ də Azərbaycanın ərazisində qeyri-qanuni erməni silahlı dəstələri qalmaqdadır, rəsmi Bakı Qarabağda yaşayan mülki əhalinin toxunulmazlığı prinsipi və beynəlxalq humanitar hüquqdan çıxış edərək hərəkət edir. İkili standartlardan çıxış edən və qərəzli mövqeyi ilə tanınan Human Rights Watch təşkilatının bu məqamları nəzərə alması təşkilatın gələcəkdə obyektivliyi üçün olduqca vacib bir məqamdır.
Vüqar Əhmədov-siyasi ekspert