Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fərrux kəndinin Azərbaycanın tam nəzarətinə keçməsi bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyır -DEPUTAT

 Fərrux kəndinin Azərbaycanın tam nəzarətinə keçməsi bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyır


Newscenter.az.27.03.2022. "Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı Rayonunun Fərrux kəndinin Azərbaycanın tam nəzarətinə keçməsi bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyır".
.
Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə görə, ermənilər Fərruz yüksəkliyindən istifadə edərək Ağdamda həyata keçirilən quruculuq işlərinə mane olmağa çalışırdılar. Artıq bu mümkün olmayacaq:

"Fərrux yüksəkliyi Qarabağın bir çox ərazilərinə nəzarət baxımından da xüsusi əhəmiyyət daşıyır. Ermənilərin bu qədər hay-küy salmasının əsas səbəbi bu yüksəkliyin strateji əhəmiyyətidir".

Ceyhun Mənnədov onu da qeyd edib ki, Birinci Qarabağ müharibəsi dövründə bu yüksəklik uğrunda Azərbaycan böyük itkilər vermişdi:

"Bu gün həmin yüksəklik uğrunda şəhid olan vətən övladlarının da ruhu şaddır. Bu bir daha onu göstərir Prezident İlham Əliyev nəyi, necə, nə vaxt etməyin lazım olduğunu yaxşı bilir. Eşq olsun Müzəffər Ali Baş Komandana!".

Mehman
Xəbəri paylaş