Newscenter.az.27.03.2022. "Fikrimcə III-cü Dünya Müharibəsi artıq başlayıb. Sadəcə tərəflərdən biri olan NATO yumşaq güc tətbiq edir və yüngül silahlarla Ukraynanı təchiz edir. Lakin ağır silahlarla təmin edəcəyinə də söz verib".
Newscenter.az xəbər verir ki, bu fikirləri hüquqşünas Əli İbrahimov səsləndirib. O bildirib ki, barikadanın əks tərəfində isə Rusiya ilə Belarusiyanın olması artıq rəsmən təsdiqlənib:
"Belarusiya ərazisindən taktki raketlərlə Kiyevə zərbələr endirilməsi də buna sübutdur. Bununla da demək olar ki, müharibə artıq hibrid formada başlayıb. Mən istəyərdim ki, hamımız üçüncü dünya müharibəsinin nə olduğunu anlayaq. Bu prosesləri izləyən tədqiqatçılar çoxdan deyirlər ki, artıq üçüncü dünya müharibəsi gedir, amma başqa metod və üsullarla".
Mehman