Newscenter.az.27.03.2022. Ötən gecədən etibarən Azərbaycanın şimal bölgəsinin bəzi rayonlarında yenidən sulu qar və qar yağıb.
"Report"un Şimal bürosunun məlumatına görə, ən çox qar Xızı rayonunda qeydə alınıb.
Belə ki, hazırda Xızıda qar örtüyünün hündürlüyü 30-35 sm-dən çoxdur.
Şimal rayonlarının digər dağlıq ərazilərində də sulu qar və qarın yağması davam edir. Həmçinin Quba, Qusar rayonlarında şaxtalı hava müşahidə olunur.