Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mixail Zabelin Azərbaycan xalqından üzr istəməlidir

Mixail  Zabelin Azərbaycan xalqından üzr istəməlidir


Newscenter.az.27.03.2022. "Azərbaycan rus icmasının adından yayılan "Ukrayna hadsələrilə bağlı bəyanat" Azərbaycan xalqına və dövlətinə təhqirdir. Başda Mixail Zabelin olmaqla icma rəhbərliyi bəyanata görə Azərbaycan xalqından üzr istəməlidir!"

Newscenter.az xəbər verir ki, bu fikirləri "Şərq-Qərb" Analitik Mərkəzinin rəhbəri Ərəstun Oruclu səsləndirib. O bildirib ki, "Bəyanat" müəlliflərinin baş verənləri öz adı ilə çağırmaması bir yana, onlar Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün apardığı haqlı savaşı Rusiyanın Ukraynaya qarşı apardığı işgalçı müharibə ilə eyniləşdiriblər:

"Bu, həm də 44 günlük müharibədə şəhid və qazi olmuş, aralarında rus xalqının nümayəndələri də olan bütün Azərbaycan vətəndaşlarına hörmətsizlik, bizim hisslərimizi təhqir etməkdir".

Mehman
Xəbəri paylaş