Newscenter.az.27.03.2022. "Tarix bir daha sübut etdi ki, Avropadakı münaqişələr zamanı ABŞ müttəfiqlərindən kənarda qalmamalıdır".
Newscenter.az Reuters-ə istinadən xəbər verir ki, bu fikirləri Birləşmiş Ştatlar prezidenti Co Bayden Varşavada, Kral Sarayı qarşısındakı meydanda çıxışı zamanı səsləndirib.
Bayden bildirib ki, Ukraynadakı müharibənin səbəbkarı Rusiya Prezidenti Vladimir Putindir və ona görə də Putin hakimiyyətdə qalmamalıdır:
"İnanıram ki, müharibə sıravi rusiyalıların iradəsinə zidd aparılır. 200 min rusiyalının son ayda ölkəni tərk etməsi də dediklərimə dəlalət edirö. Bu, qısa müddətdjə ağlagəlməz "beyin axını"dır".
Mehman