Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya bir daha sübut etdi ki, separatçı rejimlərin qurucusudur

Rusiya bir daha sübut etdi ki, separatçı rejimlərin qurucusudur


Newscenter.az.26.03.2022. "Rusiya bir daha sübut etdi ki, o separatçı rejimlərin qurucusudur. Qarabağda konstitusiya çərçivəsində atdığımız hər hansı bir addım belə, Rusiyanın icazəsi ilə həyata keçirilməlidir. Hətta bunu qəbul etməmək kimi bir,, səlahiyyəti" də var kimi özlərini tanıdırlar. Çox qəribədir".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən iqtisadçı ekspert Çingiz Şahbazi deyib ki, Azərbaycan və Ermənistan arasında hər hansı razılaşma və yaxud da yaxınlaşma cəhdi Rusiyasız mümkün deyil:

"Əks halda o, Azərbaycana qarşı separatçı rejimi dəstəkləyəcək və hətta Azərbaycanı onlara qarşı qanunsuz hərəkətlərdə günahlandıracaqdır. Biz bunun dəfələrlə şahidi olmuşuq və bu gün də bu belə davam edir. Amma, Rusiyanın getdikcə azalan nüfuzu və tükənməkdə olan gücü bizə mütləq fürsət verəcək ki, torpaq bütünlüyümüzü bərpa edək. Rusiyanın təsiri altında olan Ermənistanı da normal qonşuluq münasibətlərinin qurulması istiqamətinə təşviq edə biləcəyik".

Çingiz Şahbazi hesab edir ki, əslində Rusiyanın hazırkı vəziyyəti onun məhz Qarabağımızda və ona bənzər digər yerlərdə yürütdüyü siyasətin nəticəsidir:

"Rusiya öz sərhədləri çərçivəsinə sıxışdırılıb, salınacaq və məhz bu səbəbdən ABŞ və Qərb, Rusiya üçün bir gələcək planlaşdırır. Bu gələcək də, separatçı Rusiya olmamalıdır".

Mehman
Xəbəri paylaş