Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Müdafiə Nazirliyinin ayrı-ayrı səlahiyyətlilərinin özbaşınalığı

Rusiya Müdafiə Nazirliyinin ayrı-ayrı səlahiyyətlilərinin özbaşınalığı


Newscenter.az.27.03.2022. "Rusiya Müdafiə Nazirliyinin həqiqəti əks etdirməyən açıqlaması, nazirliyin rəsmi saytındakı məlumatlarda "Dağlıq Qarabağ" terminindən istifadə 10 noyabr bəyanatına, Rusiya ilə Azərbaycan arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti müqaviləsinə, o cümlədən, Rusiya prezidentinin rəsmi mövqeyinə tamamən ziddir".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin ayrı-ayrı səlahiyyətlilərinin bu özbaşınalığı Azərbaycana qarşı hörmətsizlik, Rusiya prezidentinə qarşı isə açıq tabesizlik, qiyam xarakteri daşıyır və dərhal qarşısı alınmalıdır:

"Eləcə də bu cür təxribatlarla tərəflərin milli maraqlarına cavab verən müttəfiqlik münasibətinə kölgə salınması cəhdləri yolverilməzdir. Artıq, hər kəs anlamalıdır ki, regionda sülh və təhlükəsizliyin təmininə yönəlmiş addımlarımıza heç kəs mane ola bilməz və bölgə xalqlarının rifahı naminə istədiyimiz konfiqurasiyaya nail olana qədər səylərimiz davam edəcək. Xalqımız isə əmin olsun ki, beynəlxalq hüquq rəhbər tutulmaqla, həmrəyliyimiz, hərbi gücümüz və müzəffər Ali Baş Komandanın qətiyyəti sayəsində bütün sahələrdə qələbələrimizin davamı gələcək"

Mehman
Xəbəri paylaş