Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın Qarabağda sərgilədiyi hərəkətlərdə məqsədi onun Ukraynada törətdiyi vəhşiliklər fonunda daha aydın görünməkdədir

Rusiyanın Qarabağda sərgilədiyi hərəkətlərdə məqsədi onun Ukraynada törətdiyi vəhşiliklər fonunda daha aydın görünməkdədir


Newscenter.az.27.03.2022. Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişi ”əsas” götürərək “sülhməramlı” adı altında Qarabağa soxulmuş Rusiyaya arxalanan erməni quldur dəstələri öz məkirli niyyətlərindən əl çəkmək istəmir, cəzasız qalacaqlarına əminlik nümayiş etdirərək mütəmadi olaraq təxribatlar törətməkdə davam edirlər.

Son olaraq onlar mart ayının 26-da Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərsələr də görülən tədbirlər nəticəsində geri çəkilməyə məcbur ediliblər. Gözləmək olardı ki, Qarabağda “sülhməramlı” adı altında (əslində işğalçı statusunda!) yerləşdirilən Rusiya Müdafiə Nazirliyinin müvafiq kontingenti erməni quldurlarının bu qəbildən olan təxribatlarının qarşısını alacaq və onların təkrarlanmaması üçün üçtərəfli sazişə uyğun olaraq öhdəliklərinə götürdükləri vəzifələrini yerinə yetirəcəklər. Ancaq belə olmadı, növbəti dəfə ermənipərəstlik nümayiş etdirərək baş vermiş hadisədə əsassız olaraq Azərbaycan tərəfini təksirləndirmək yolunu tutdular! Bu azmış kimi, “sülhməramlılar” mart ayının 26-da bəyanat yayaraq bildiriblər ki, “Azərbaycan Respublikasının silahlı qüvvələri martın 24-dən 25-dək Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının müddəalarını pozaraq (?), Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına (?) daxil olub. Dağlıq Qarabağ ərazisində müşahidə məntəqəsi yaradıb. “Bayraktar-TB 2” tipli pilotsuz uçuş aparatı FURUX yaşayış məntəqəsi ərazisində Dağlıq Qarabağ silahlı birləşmələrinin bölmələrinə 4 zərbə endirib. Hazırda Rusiya sülhməramlı kontingentinin komandanlığı vəziyyətin həlli və qoşunların ilkin mövqelərinə qaytarılması (?) üçün tədbirlər görür. Qoşunların çıxarılması üçün Azərbaycan tərəfinə müraciət göndərilib”.

Göründüyü kimi, “sülhməramlılar” müvəqqəti yerləşdiyi əraziləri özlərinin “məsuliyyət zonası” adlandıraraq bu ərazilərin Azərbaycana aid olduğunu “unudurlar”! Cənablar, əgər siz müvəqqəti yerləşdiyiniz əzaziləri özünüzün “məsuliyyət zonası” hesab edirsinizsə onda məsuliyyətsiz hərəkətlərinizə son qoyun, üçtərəfli sazişin 4-cü bəndinə uyğun olaraq öhdənizə götürdüyünüz vəzifələrə məsuliyyətlə yanaşın, erməni quldurlarını dəstəkləməyə son qoyun və onları Qarabağdan çıxarın! Hər şeydən göründüyü kimi, Rusiya tərəfi üçtərəfli sazişdə nəzərdə tutulan öhdəliklərinə qətiyyən əməl etmək istəmir, yenə də mövcud olmayan “Dağlıq Qarabağ”, Stepanakert, “Dağlıq Qarabağın silahlı birləşmələri” kimi ifadələri işlətməkdə, bütün imkanlarını səfərbər edərək erməni faşistlərinin Qarabağda mövcudluğunu qorumada davam edir.

Rusiyanın Qarabağda sərgilədiyi hərəkətlərdə məqsədi onun Ukraynada törətdiyi vəhşiliklər fonunda daha aydın görünməkdədir. Ona görə də biz Azərbaycan olaraq öz haqlı mövqeyimizdən qətiyyən geri çəkilməməliyik, nə10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişə, nə də Rusiya ilə 2022-ci il 22 fevral tarixində iki ölkə arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə bel bağlamalıyıq, Zəngəzur dəhlizi məsələsində olduğu kimi, dövlətimizin mənafeyinə uyğun hərəkətləri daha qətiyyətlə həyata keçirməliyik! Haqq Azərbaycanın tərəfindədir!

Teyyub Əliyev-Azərbaycan Təkamül Partiyasının sədri
Xəbəri paylaş