Newscenter.az.27.03.2022. Erməni separatçılarının təxribatlarına qarşı Azərbaycan Ordusunun atmış olduğu qanuni addımlar İranın İslam İnqilabı Keşikçiləri Korpusunu da (SEPAH) nədənsə rahatsız edib. Təşkilat əsassız və daxili işlərimizə müdaxiləyə yol verərək Azərbaycanı təhdid edib.
Newscenter.az xəbər verir ki, SEPAH Ermənistana istənilən hərbi müdaxilənin İran silahlı qüvvələrinin reaksiyası ilə qarşılanacağını bəyan edib. Təşkilatın bəyanatında o da qeyd edilib ki, İran İslam Respublikası qonşu ölkələrin sərhədlərinin dəyişdirilməsinə dözməyəcəyini dəfələrlə bəyan edib.
Məsələ ilə bağlı fikirlərini bölüşən AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli qeyd edib ki, İran da, Amerika, Fransa və Rusiyadakı qardaşlarına birləşib, Erməmistanın yanında olduğunu göstərdi:
"Özünü İslam Respublikası adlandıran İran bütün müsəlman qonşuları ilə problem yaşayır. Dostluq etdiyi bir qonşusu var, o da xristian Ermənistandır. İran təkcə Azərbaycana qarşı deyil, problemləri olan bütün müsəlman qonşularına qarşı odla oynayır. Bir dəfə bu od İranı bərk yandıracaq. Tehranda oturan indiki rejim unutmasın ki, Səlcuklu Türkün paytaxtı indiki, İranın mərkəzi İsfahan olub. Mən hələ Səvəvi, Əfşar, Qacar Türklərini demirəm. Rəsmi Tehran anlamır ki, anti-türk siyasəti sonda onun öz başında çatlayacaq. Bir arxası nəcisli erməniyə görə, Türkü qarşısına almaq olmaz".
Əhəd Məmmədli daha sonra bunları qeyd edib:
"Biz AĞ Partiya olaraq İranı da, Turanın bir parçası sayırıq. Sadəcə İranı, farsın caynağından qurtarıb yenidən Türkün etmək lazımdır. Necə ki, Səlcuklu, Səfəvi, Əfşar, Qacarın dövründə İran Türkün idi".
Mehman