Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrail Baş naziri: “Qətiyyətli şəkildə Ukraynanın yanındayıq”

İsrail Baş naziri: “Qətiyyətli şəkildə Ukraynanın yanındayıq”


Newscenter.az.27.03.2022. “İsrail qətiyyətlə Ukrayna xalqının yanındadır, zərərin azaldılması və qan tökülməsinə son qoyulması üçün səyləri davam etdirmək əzmindədir”.

“Report” CNN-ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Naftali Bennet söyləyib.

Baş nazir əlavə edib ki, İsrail Ukraynada ən müasir səhra tipli xəstəxanasının yaradılması üçün ən yaxşı tibbi komandalar göndərib.

“Mənə məlumat verilib ki, onlar artıq 500-dən çox xəstəni qəbul edib və müalicə ediblər. Bu dəqiqə həkimlər və tibb bacıları ehtiyacı olanların həyatını xilas etmək üçün həyatlarını riskə atırlar. İsrailin gördüyü işlərlə fəxr edirəm. Sözsüz, bizdən bu müharibəni bitirmək üçün səylərə töhfə vermək istənildikdə əlimizdən gələni edirik və bunu ABŞ və avropalı tərəfdaşlarımızla sıx koordinasiyada edirik”, - N.Bennett bildirib.
Xəbəri paylaş