Newscenter.az.27.03.2022. Türk Hava Yolları şirkətinin İstanbul-Moskva reysini yerinə yetirən sərnişin təyyarəsində bomba həyəcanı yaşanıb.
Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.
Qeyd edilir ki, İstanbul hava limanındakı təyyarədə axtarışlar aparılarkən xəbərin əsassız olduğu üzə çıxıb.
Məlumata görə, Moskva-İstanbul reysini həyata keçirməyə hazırlaşan TK-415 uçuş nömrəli TC-JND qeydiyyatlı təyyarəyə havaya qalxmazdan əvvəl bomba təhlükəsi edilib. Bu səbəbdən təyyarə dayanacaq yerinə aparılıb və polis təyyarədə axtarış aparıb. Məlumatın əsassız olduğu müəyyənləşdirilib. Qeyd edilir ki, son zamanlar Moskvaya uçan Air Serbia və THY təyyarələrinə bomba təhdidləri artıb.