Newscenter.az.28.03.2022. Azərbaycanın diplomatı Vəhdət Sultanzadə vəfat edib.
Bu barədə "Report"a ailəsindən məlumat verilib.
Bildirilib ki, diplomat 87 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, o, 1988 – 1991-ci illərdə SSRİ-nin Türkiyədəki konsulu olub. 2006 – 2010-cu illərdə Azərbaycanın Türkmənistandakı səfirliyində müşavir kimi fəaliyyət göstərib. Azərbaycanın Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub. Diplomatik fəaliyyəti dövrü (55 il) ərzində Azərbaycan SSR-nin XİN-də, Rusiya Federasiyası və Azərbaycanda müxtəlif rəhbər vəzifələri tutub.