Newscenter.az.28.03.2022. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev martın 30-da saat 10:00-da Abşeron rayon Heydər Əliyev Mərkəzində (Xırdalan şəhəri, Qalubiyyə küç.) Abşeron və Zəngi¬lan ra¬yonla¬rın¬dan olan vətəndaşları qəbul edəcək.
Newscenter.az-a DGK-dan bildirilib ki, qəbul zamanı Abşeron və Zəngilan rayonları sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00) ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin "Müraciətlər" və "Virtual qəbul" bölmələrindən daxil olmaq¬la (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.
Xatırladaq ki, qəbul pandemiya tələblərinə uyğun olaraq keçiriləcək. Belə ki, qəbulda peyvənd və yaxud immunitet sertifikatı, həmçinin COVID-19-a qarşı pey¬vəndə əks-göstəriş sertifikatı olan vətəndaşlar iştirak edə bilər.
Sevinc