Newscenter.az.28.03.2022. Azərbaycanın hər bir uğuruna narahat olan, siyasətçi maskası taxmağa çalışaraq istənilən bir məsələ üzərindən manipulyasiya edərək cəmiyyətdə və insanlar arasında çaşqınlıq yaratmağı özünə peşə bilən Əli Kərimli bu dəfə də özünü rəzil duruma saldı. Xocalı rayonunun Fərrux kəndi və eyni adlı strateji yüksəkliyin qanunsuz erməni silahlı birləşmələrindən təmizlənməsi nədənsə Əli Kərimlini məhz erməni separatçıları, Fransada olan müəyyən anti-Azərbaycan dairələr qədər narahat etdi. Bəlkə də onlardan daha çox! Çünki adı keçən həmin dairələr narahat olublar və onlar da Azərbaycanda saxladıqları Əli Kərimli kimi alətlərini narahat ediblər. Bu da hər dəfə məsələdən hali olmamış, tələm-tələsik status paylaşan biri! Proseslərin gedişatını izləmədən, gözləmədən status yazıb Azərbaycan dövlətini acizanə şəkildə ittiham elədi.
Çox çəkmədi ki, məlum statusu ilə Əli Kərimli növbəti dəfə özünün savadsız, hansısa dairələrin buyruğu ilə oturub-duran, “sən siyasətçisən” kəlməsi ilə aldadılmış biri olduğunu sübut eləmiş oldu. Rusiya Müdafiə Nazirliyinin saytında paylaşılmış həqiqətə zidd olan bir məlumatı əsas tutaraq Azərbaycan dövlətinin üzərinə xoxlanan bu “siyasətçi”k öz anti-milliliyini nümayiş etdirərək Azərbaycan Ordusunun növbəti uğuruna kölgə salmaqla xalqın heysiyyatı ilə oynadı. Bunun işi əslində oynamaqdır. Daha doğrusu bunu oynadırlar. Oyndan “əllərin” kimə məxsus olduğunu dəqiq demək bir qədər çətin ola bilər, lakin həmin “əllərin” Azərbaycana qarşı uzandığı dəqiqidir. Əli Kərimli artıq anlamalıdır ki, Azərbaycana qarşı uzanan əllər davamlı olaraq kəsilir və bunun kimi alətlər də tappıltı ilə Fərrux zirvələrindən dərənin dibinə çırpılmış olurlar. Bu yerdə haqlı bir sual yaranır. Özündən və qandıraraq cəbhəsinə yığdığı bir qrup cahildən başqa bütün Azərbaycan xalqını trol adlandıran Əli Kərimli özü kimin troludur, bəs?!
Anar Şahmurad-YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı