Newscenter.az.28.03.2022. İmişli rayonunun 213 fərdi yaşayış evindən ibarət Kürdmahmudlu, həmçinin 403 fərdi yaşayış evi olan Xəlfəli kəndlərində tikinti-quraşdırma işləri davam edir.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı "Azəriqaz" İstehsalat Birliyi yayıb.
Məlumatda bildirilib ki, qeyd edilən kəndlərin qazlaşdırılması məqsədilə "Azəriqaz" İB-nin daxili imkanları hesabına 91,6 min metr müxtəlif diametrli yeraltı daşıyıcı və yerüstü polad borularla paylayıcı qaz xətlərinin çəkilişi nəzərdə tutulur.
Sevinc