Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İnam Kərimov cənub zonasında vətəndaşları qəbul edəcək

İnam Kərimov cənub zonasında vətəndaşları qəbul edəcək


Newscenter.az.28.03.2022. Kənd təsərrüfatı naziri İnam Kərimov aprelin 1-də, saat 09:00-da Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Lənkəran, Lerik və Astara rayonlarından olan vətəndaşları qəbul edəcək.

Newscenter.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, qəbulda iştirak etmək istəyənlər DAİM-ə (telefon: (050) 205 54 24) müraciət edə, eləcə də nazirliyin “Çağrı Mərkəzi”nə (16 52) zəng edə və yaxud [email protected] elektron poçtuna yaza bilərlər. Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Qəbul pandemiya tələblərinə uyğun keçiriləcək. Qəbulda peyvənd və yaxud immunitet sertifikatı, həmçinin COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan vətəndaşlar iştirak edə bilər.

Sevinc
Xəbəri paylaş