Newscenter.az.28.03.2022. Paytaxtdakı peşə təmayüllü siniflərin fəaliyyət göstərdiyi məktəblərdə təhsil alan şagirdlərin əl işlərindən ibarət sərgi-satış yarmarkasından əldə olunmuş 1 166 manat vəsait "YAŞAT" Fonduna ianə edilib.
Newscenter.az xəbər verir ki, təşəbbüsün əsas məqsədi şagirdlərin mənəvi dəyərlərə hörmət ruhunda formalaşmasına təkan vermək, cəmiyyətdə vüsət alan yardımlaşma ənənələrinin genişlənməsinə nail olmaq və xalqın sarsılmaz həmrəyliyini nümayiş etdirməkdən ibarətdir.
Məktəblilərin əl işlərindən ibarət sərgi-satış yarmarkası Novruz bayramı münasibətilə keçirilən tədbirlər çərçivəsində təşkil edilib.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 15 ümumi təhsil müəssisəsində (234, 64, 179, 120, 321, 293, 301, 302, 274, 265, 97, 208, 117 nömrəli tam orta məktəblər, 166 və 213 nömrəli məktəb-liseylər) peşə təmayüllü siniflər fəaliyyət göstərir.
R.Mehdiyeva