Newscenter.az.28.03.2022. Belarus Respublikası “İskəndər-M” Əməliyyat Taktiki Raket Kompleksini Qomel vilayətində, Ukrayna sərhədi istiqamətində quraşdırdığı qeydə alınıb.
“Report” UNIAN-a istinadən xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
“Rusiyanın hərbi işğalına Ukrayna xalqının qəhrəmancasına müqavimətinin 33-cü günüdür. Düşmənin əsas səyləri işğal olunmuş ərazilərə nəzarəti saxlamağa və hücum əməliyyatlarının bərpasına hazırlığa yönəlib”, - məlumatda bildirilib.
Bir müddət əvvəl qeyd edilib ki, Rusiya Sakit Okean Donanması və Qərb Hərbi Dairəsindən əlavə hissələrin köçürməsini davam etdirir, “İsgəndər-M” raketləri isə Belarusun Kalinkoviçi şəhərində quraşdırıb.