Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın istifadə etdiyi 116 zəhər növü

Rusiyanın istifadə etdiyi 116 zəhər növü


Newscenter.az.28.03.2022. Bu gün Ukrayna Rusiya nümayəndələri arasında görüş zamanı üç nəfərin zəhərlənməsi xəbəri yayıldı. Keçmiş KQB-nin bu metodu indiki Rusiyada da geniş istifadə edilir. Çoxlarının yadına gələr, Ukrayna Prezidenti var idi, Viktor Yuşşenko.

Ukraynada Prezident seçkisi öncəsi təyyarə ilə xaricə səfər edən zamanı Rusiya xüsusi xidmət orqanları dioksinlə zəhərləyiblər. Bir müddət o, mitinqlərdə iştirak edə bilməyib, xəstəxanada müalicə alıb. Kəskin ağrıları olub, bir neçə dəfə cərrahiyə əməliyyatı keçirib, üzü, dərisi tanınmaz dərəcədə dəyişib. Həmin zəhəri Rusiya ölü pişiyin cəmdəyində qalan xüsusi qan məhsulundan hazırlayırlar.

Bu xüsusi zəhər Moskva şəhəri ətrafında olan 2 nömrəli elmi tədqiqat institutu və ya rusca qısa şəkildə Nİİ-2-də hazırlanır.

1921-ci ildə Leninin göstərişi ilə qoyulmuş bu təşkilat Kremlin bədnam "zəhər zavodudur". Çox maraqlıdır ki, Leninin əmri ilə yaradılan bu institutun əsas hədəfi Ukrayna millətçiləri olublar və xüsusi zəhərlə onları məhv edib rus bolşevikləri...

Hazırda Rusiyanın istifadə etdiyi 116 zəhər növü var. Bunlar Rusiyanın qara siyahısında olan xüsusi adamları məhv etmək üçün istifadə edilir.2018-ci ildə isə Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalı və onun qızını “Noviçok” maddəsi ilə zəhərləyib ruslar.
Yaxın keçmişdə rusiyalı müxalif lider Aleksey Navalnının zəhərlənməsi də böyük səs küy yaratmış idi. Alman həkimləri güclə onun həyatını xilas edə bildilər. .

Şəxsən mən Rusiya istehsalı olan dərman və ərzaqlar almıram. Çünki bu rusların işləri bəlli olmaz. Birdə gördüz onlardan ölkəyə ixrac edilən ərzaqlar və dərmanlardan zəhərlənmə faktı çoxaldı..

Bir sözlə Rusiya dünyada heç bir dövlətin etməyi alçaqlıq və terror yolunu seçib. Zəhər və kimyəvi dərmanlar. Ümid edək ki, Ukrayna Rusiyaya qarşı qələbə çalar və Rusiya bir dövlət kimi daha heç kimə maraqlı olmaz, bunlar da öz zəhərlərində boğularlar...

Zaur Əliyev-docent
Xəbəri paylaş