Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynada mühasirəyə düşən azərbaycanlı sürücü azad olunub

Ukraynada mühasirəyə düşən azərbaycanlı sürücü azad olunub


Newscenter.az.28.03.2022. Ukraynanın Çerniqov vilayətinin Kryükov şəhərində Rusiya qoşunları tərəfindən yerli sakinlər ilə birgə 1 aya yaxındır mühasirədə qalan Azərbaycan şirkətinə məxsus yük maşını və sürücüsü azad olunub.

İvano-Frankovsk vilayəti azərbaycanlılar Konqresinin sədri, logistika xidməti rəhbəri Mətləb Nəcəfov "Report"un Şərqi Avropa bürosuna bildirib ki, Azərbaycanın "Volf transport" şirkətinə məxsus yük maşını və onun sürücüsü, Azərbaycan vətəndaşı 1967-ci il təvəllüdlü Əliyev Arif Eynulla oğlu mühasirədən azad olunub, hazırda Ukraynanın Rumıniya ilə sərhədindədir.

Sənədləşmə işləri başa çatdıqdan A.Əliyev sonra Avropa ölkələri vasitəsilə Azərbaycana yola salınacaq. Azərbaycanlı sürücünü və onunla birgə Türkiyədən, Gürcüstandan olan sürücüləri Ukrayna ərazi özünü müdafiə hissəsi mühasirədən azad edib, təhlükəsizliyini təmin ediblər.

Qeyd edək ki, Azərbaycan şirkətinə məxsus yük maşını müharibəyə qədər yük daşıma məqsədi ilə Çerniqovda olub və müharibə başlayandan sonra Rusiyanın şəhəri mühasirəyə alması nəticəsində mühasirəyə düşmüşdü.
Xəbəri paylaş