Newscenter.az.29.03.2022. Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı faciələr,soyqırımlar,müsibətlər də yazılıb.Bu dəhşətli hadisələrdən biri də 1918-ci ilin mart ayında yaşanmışdı. 1918-ci ilin mart soyqırımı öz amansızlığına görə təkcə Azərbaycan tarixində deyil,bəşər tarixində də ən dəhşətli hadisələrdən biridir.İnsanlıqdan uzaq ermənilər qadın,uşaq,qoca demədən minlərlə insanı diri-diri yandırdılar,qılıncdan keçirdilər.Bakını xarabalığa çevirdilər.Məktəbləri,xəstəxanaları,məscidləri dağıtdılar.
Azərbaycan soyqırımı təkcə Bakıda deyil Şamaxı,Quba və digər bölgələrdə də qəddarlıqla həyata keçirildi.1918-ci ilin mart aprel aylarında Şamaxının 72 kəndində ermənilər tərəfindən öldürülənlərin sayı 7000 nəfər olduğu,o cümlədən 1653 qadın,965 uşağın öldürüldüyü bildirilir.
Quba qəzasında ermənilər tərəfindən öldürülənlərin sayı ümumilikdə 4000 nəfərdən artıq olduğu bildirilir.2750-dən çox ev yandırılıb.Bəzi kəllə sümüklərdə mismarlar aşkarlanıb.Qəddarlıqla öldürülən insanlar quyulara atılıb,üzəri torpaqla örtülüb.
Bu həqiqətlərin dünyaya çatdırılması,bu faciənin xalqımıza qarşı soyqırım kimi tanınması üçün Azərbaycan dövləti bütün addımları atır.Bu sahədə məqsədyönlü fəaliyyət Ümumilli Lider Heydər Əliyev hakimiyyətə qayıdandan sonra başlayıb.
Nazirlər Şurası 1918-ci ilin iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqaladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi.Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində qurum yaradıldı.Martın 31-i ümumilli matəm günü elan olundu.
Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında”1998- ci il 26 mart tarixli Fərmanı ilə bu sahədə aparılan tədqiqatlara,həqiqətin üzə çıxarılması istiqamətində bir çox addımlar atıb.Ulu Öndərin təşəbbüsü ilə Azərbaycanlıların soyqırımına siyasi hüquqi qiymət verilib.
Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunur.
Aynur Həsənova-Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının əməkdaşı