Newscenter.az.29.03.2022. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini, “Zəfər” ordenli general-leytenant Fuad Rəsulov Ermənistana xəbərdarlıq edib.
"Report"un xəbərinə görə, o, İctimai televiziyanın efirində yayımlanan "Görünməyən qəhrəmanlar - DTX" adlı sənədli filmdə Ermənistan rəhbərliyinə üzünü tutaraq qeyd edib:
"Azərbaycanın, Azərbaycan Ordusunun gücünü siz hiss etdiniz. 44 gün ərzində ölkə başçısının ətrafında xalqın, ordunun necə birləşdiyini, vahid qüvvə olduğunu siz hiss etdiniz. Hesab edirəm ki, bugünkü gündə hər hansı bir hərbi əməliyyatların keçirilməsi, hər hansı bir revanşist ideyalardan çəkinməlisiniz. Unutmalı deyilsiniz ki, "Dəmir yumruq" hələ də öz işini görür və görə bilər".