Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan təmsilçisi birinci yerə çıxıb

Azərbaycan təmsilçisi birinci yerə çıxıb


Newscenter.az.29.03.2022. Martın 29-da Beynəlxalq Xizək Federasiyasının (FİS) təşkilatçılığı ilə Azərbaycanı dağ xizəyi üzrə yarışlarda təmsil edən İlya Kostov Böyük Britaniyanın Dağ Xizəyi Çempionatında iştirak edib.

Newscenter.az Azərbaycan Qış İdman Növləri Federasiyasına istinadən xəbər verir ki, Fransanın Tiqnes Xizək Kurortunda baş tutan yarışda atletimiz 18 yaş kategoriyasında olan idmançılar arsında dağ xizəyi idmanının dağdan eniş növündə 1-ci yerə sahib olub. Mübarizədə ikinci yerə fransalı atlet Dylan Hacquard, üçüncü yerə isə macarıstanlı Attila Banyal sahib olublar.

Ümumi yarışın nəticələrinə görə isə təmsilçimiz İlya Kostov 3-cü yerdə qərarlaşıb. Cempionata Fransa, Macarıstan, İtaliya, ABŞ, Avstraliya və Kanadadan 30 idmançı qatılaraq birincilik uğrunda mübarizə aparıblar.

Qeyd edək ki, 17 yaşlı idmançı Azərbaycanı dağ xizəyi üzrə yarışlarda 2021-ci ildən təmsil edir.

Mehman
Xəbəri paylaş