Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BDU İslam Dünyası Universitetləri Federasiyasına üzv qəbul edilib

BDU İslam Dünyası Universitetləri Federasiyasına üzv qəbul edilib


Newscenter.az.29.03.2022. Bakı Dövlət Universiteti (BDU) İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) nəzdində fəaliyyət göstərən İslam Dünyası Universitetləri Federasiyasına (FUIW) üzv qəbul edilib.

Newscenter.az təhsil ocağına istinadən xəbər verir ki, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və beynəlxalq elm və təhsil təşkilatları, dünyanın nüfuzlu universitetləri ilə əlaqələrin genişləndirilməsi BDU-nun inkişaf strategiyasının prioritet istiqamətlərdəndir. FUIW-ə üzvlük BDU-nun akademik və inzibati imkanlarının genişlənməsinə, elmi tədqiqatların inkişafına və təcrübə mübadiləsinin reallaşmasına şərait yaradacaq. Bu sahəyə yönəlmiş proqram və layihələrin həyata keçirilməsi isə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və təşviq edilməsi istiqamətində mühüm rol oynayacaq.

1987-ci ildə Mərakeşin Rabat şəhərində əsası qoyulmuş İslam Dünyası Universitetləri Federasiyasının əsas məqsədi bütün sahələrdə elmi tədqiqatların səviyyəsini yüksəltmək, təhsil, elm, mədəniyyət və texnologiya sahələrində təcrübə mübadiləsini artırmaq, islam ölkələrində elmi və texnoloji inkişafdan faydalanmaq üçün ali təhsilin təkmilləşdirilməsi və inkişafına yardım etməkdir.

R.Mehdiyeva
Xəbəri paylaş