Newscenter.az.29.03.2022. Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi Beynəlxalq Teatr Günü ilə əlaqədar Sumqayıt Dövlət Dram Teatrına “ Baxın mənə, görün məni “ adlı ekskursiya təşkil edib.
Newscenter.az-ın məlumatına görə, Sumqayıt Dövlət Dram Teatrının direktor müavini, Əməkdar artist Vidadi Məmmədov Uşaq Şöbəsinin oxuculara ilk əvvəl ölkə rəhbərinin tapşırığı ilə binada olan əsalı təmirdən söhbət açıb və teatrın interyerinin daha cəlbedici görünməsi üçün işlənən milli memarlıq ənənələrindən istifadə edilməsini vurğulayıb.
Həmçinin uşaqlara foyedəki bu teatrın veteranı olmuş görkəmli aktyorların şəkilləri, konfrans zalı, butafor, əlbəsə sexləri, işıq rəssamının işi, işıqların dramaturgiyaya necə xidmət etməsi, geyim, qrim otaqlarında aktyorların teatrdan əvvəl necə qrimlənməsi, musiqinin səhnəyə ötürülməsi haqqında geniş məlumat verib.
İcraçı rəssam Nizami Dadaşovun iş emalatxanasında olarkən uşaqlara rəssam öz iş prosesi və ümumiyyətlə teatr rəssamlığı haqqında müfəssəl məlumatlar verib.
Sonra Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında hazırlanan Hafiz Ataxanlının müəllifi olduğu, Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi 2 hissədən ibarət “Xəzinə” tarixi dramının məşqinə baxış olub.
Sonda Uşaq Şöbəsinin müdiri Yeganə Hüseynova uşaqlara dolğun məlumat verdiklərinə görə Vidadi Məmmədov və teartın baş inzibatçısı Nizami Mirzəyevə təşəkkürünü bildirmiş və xatirə şəkilləri çəkdiriblər.
Anar