Newscenter.az.29.03.2022. Hüquq - cəmiyyətin ümümi məqsədlərini təmin etmək üçün müəyyən edilən və ictimai güc ilə dəstəklənən adət, qayda, haqq və qanunların toplusudur. Cəmiyyət və dövlət ictimai münasibətlərin nizamlandığı, ictimai qaydalara riayət olunduğu şəraitdə normal fəaliyyət göstərə bilər. Bu cür dövlət hüquqi dövlət adlanır. İctimai həyatın təşkilində, insanların davranışının və kollektivlərin fəaliyyətinin nizamlanmasında hüquq mühüm rol oynayır. Cəmiyyətin idarə olunmasında dövlət və hüququn qarşılıqlı əlaqəsi zəruridir.
Hüququn bir neçə sahəsi var: mülki hüquq, beynəlxalq hüquq, əmək hüququ, cinayət hüququ, ailə hüququ və s. Azərbaycan Respublikasında hüquq əsasən roman-german hüquq sistemi üzərində qurulmuşdur. Bu sistem məhz roma hüququ əsasında yaranıb və inkişaf edibdir.
Azərbaycan Respublikasında ən ali qanun Konstitusiyadır. Burada cəmiyyətə məxsus bütün hüquqlar öz əksini tapmışdır: yaşamaq hüququ, təhsil almaq hüququ, İstirahət hüququ, mülkiyyət hüququ və s.
Hüquqşünas - hüquq fakultəsində təhsil almış adam, hüququ öyrənən alim, hüquq sahəsində praktiki fəaliyyətlə məşğul olan mütəxəssisdir. Azərbaycan Respublikasında hüquqşunas yalnız ali hüquqi təhisl almış şəxs ola bilər (hüquq fakultəsi və ya beynəlaxalq hüquq fakultəsi məzunları). Hüquqşunas cinayət, mülki, vergi, əmək, ailə, miras, mənzil, korporativ, inzibati və digər hüquq sahələrində hüquqi yardım və hüquqi xidmətlər göstərə bilər. Vəkil statusu hüquqşunas üçün yalnız cinayət işində müdafiə etmək üçün lazımdır.
Hüquqşünas əmək bazarında yetirincə tələbat olan peşədir. Ali məktəblərin bu sahədə xeyli mütəxəssis hazırlamasına baxmayaraq, bir çox şirkət və müəssisələrin ixtisaslı hüquqşünaslara ehtiyacı var. Hüquqşünaslar bir qayda olaraq hüquqi yardım göstərir, öz müştərilərinə bu və ya digər sənədlərlə bağlı məsləhətlər verir, qanunlardan baş çıxarmaqda və lazım gəldikdə məhkəmə üçün gərəkli kağızları toplamaqda insanlara kömək edirlər. Heç bir iri və ciddi şirkət hüquqi müşayiət olmadan keçinmir, çünki hər bir biznesdə saysız-hesabsız nüanslar var. Hətta tərəfdaşlarla əməkdaşlıq müqaviləsini düzgün və savadlı tərtib etmək üçün hüquqşünas lazımdır. Eyni zamanda sadə vətəndaşların hüquqi yardıma ehtiyacı var. Mənzil və ailə mübahisələrində ixtisaslaşan hüquqşünaslar getdikcə daha da populyarlaşır. Çox adam mənzil alğı-satqısı, boşanma, yaxud nikah məsələlərindən baş çıxarmaq üçün mütəxəssisdən pullu məsləhət almağa hazırdır. Doğrudur, qanunu özü də oxuya bilər, amma bu, həm onun vaxtını alar, həm də təcrübəsizliyi üzündən yanlış qərarlar qəbul edə bilər. Hər hansı hüquqi məsələni mütəxəssislə həll etmək daha yaxşıdır.
Yadda saxlamaq lazımdır ki, bir hüquqşünas hüququn bütün sahələrində, məsələn, həm boşanma, həm də varislik hüququ məsələlərində eyni dərəcədə yaxşı mütəxəssis ola bilməz. Odur ki, çox vaxt ancaq bir problemə dair məsləhətlər verən məhdud profilli hüquqşünaslara rast gəlirik. Buna görə də hüquqşünasa müraciət etməzdən əvvəl onun hansı sahədə ixtisaslaşdığını öyrənmək lazımdır. Sonunda onun təcrübəsi məsələnin həllində böyük rol oynaya bilər.
Əli İbrahimov-hüquqşünas