Newscenter.az.29.03.2022. COVID-19 pandemiyası hər tərəfdə olduğu kimi, yol hərəkəti təhlükəsizliyinə də ciddi zərbə vurub.
Rəsmi məlumatlara əsasən, Avropa İttifaqı ölkələrində 2021-ci ildə yol-nəqliyyat hadisələrində ölənlərin sayı 2020-ci illə müqayisədə 5% artıb (ölüm sayı 1000 nəfər artıq olub).
Bunun müxtəlif səbələri var. Lakin hesab edirəm ki, səbəblər sırasında pandemiya ilə bilavasitə bağlı olan 3 amil də ola bilər:
1. İctimai nəqliyyatın işi fasilələrlə olsa da dayandırıldığından, habelə ayrı-ayrı insanların ictimai nəqliyyatda yoluxmadan qorxması səbəbindən fərdi avtomobillərdən istifadə halları çoxaldı. Fərdi avtomobillərdən istifadənin yüksəlməsi isə qəzaların və ölümlərin artmasına təkan verir.
2. Pandemiya insanların gündəlik həyatını, əhvali-ruhiyyəsini xeyli dərəcədə alt-üst etdi. Nəticədə cəmiyyətin psixogen durumu bir az pisləşdi, aqressiya, diqqətsizlik və s. neqativ məqamlar artdı. Bu da yollarda sürücü və piyada səhvlərinin artmasının, qəzaların çoxalmasının əsas təkanvericilərindən biridir.
3. Pandemiya müəyyən dövlət qurumlarının, xüsusən də ictiami qaydaya (asayişə) nəzarət edən polisin, habelə səhiyyə sisteminin də işini xeyli artırdı. Nəticədə yol hərəkəti təhlükəsizliyinə diqqət azaldı. Bu da qəzalaraın artmasına, habelə vaxtında tibbi yardım göstərilməməsi səbəbindən ölüm hallarının çoxalmasına şərait yaradan amillərdən biridir.
Rəsmi statistikaya əsasən, 2021-ci ildə ölkəmizdə də yol-nəqliyyat hadisələrinin və bu hadisələrdə ölənlərin sayı 2020-ci illə müqayisədə artmışdır.
Ərşad Hüseynov-nəqliyyat üzrə ekspert