Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Düşmənlə eyni səfdə hərəkət etməyin adı xəyanətdir: DEPUTAT

Düşmənlə eyni səfdə hərəkət etməyin adı xəyanətdir:


Newscenter.az.29.03.2022. "Ukrayna prezidenti Volodimir Zelenskinin növbəti dəfə zəng edərək ölkəsinə humanitar dəstəyə görə cənab İlham Əliyevə təşəkkürünü bildirməsi Azərbaycanda bəzi dairələr üçün sanki qurbağa gölünə atılan daş oldu".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili qeyd edib ki, Milli Şura adlı radikal dərnək İlham Əliyev hakimiyyətini problemə laqeyd yanaşmaqda günahlandıraraq Bakıda "Ukraynaya dəstək mitinqi" keçirmək arzusuna düşmüşdü:

"Zamanlamaya diqqət edin, məhz indi, Qarabağ ətrafında təxribatların və bu fonda Azərbaycana xaricdən siyasi hücumların artdığı bir məqamda mitinq arzusu təsadüf ola bilərmi? Dövlətə eyni vaxtda həm xaricdən, həm daxildən koordinasiyalı şəkildə təzyiqləri artırmaq cəhdləri heç şübhəsiz ki, vahid mənbədən idarə olunur və Şuranın rəhbərliyi də öz cılız fərdi maraqları naminə bu sifarişlərə alət olmağa məmnuniyyətlə razıdır".

Bəhruz Məhərrəmov hesab edir ki, indiki mürəkkəb siyasi məqamda düşmənlə eyni səfdə hərəkət etməyin adı xəyanətdir:

"Zelenskinin zəngi isə bu xəyanətkarlar üçün ən gözəl cavab oldu. Görünür bir neçə həftə öncə Yaqublu və başının dəstəsinə Ukrayna səfirliyinin əməkdaşının verdiyi dərs bəs olmayıbmış".

Mehman
Xəbəri paylaş