Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Ermənistan həqiqətən də Azərbaycan ilə sülh müqaviləsi üzərində işləməyə hazırdırsa...."- Ədalət Verdiyev

"Ermənistan həqiqətən də Azərbaycan ilə sülh müqaviləsi üzərində işləməyə hazırdırsa...."-


Newscenter.az.29.03.2022. "Martın 28-də axşam saatlarında Ermənistan Təhlükəsizlik Şurasının təcili olaraq Azərbaycan ilə sülh müqaviləsi üzərində işləməyə hazır olduğunu bəyan etməsi də işğalçı ölkənin növbəti dəfə özünü “sülhə hazır tərəf kimi” göstərmək niyyətindən irəli gəlir. Əgər Ermənistan həqiqətən də Azərbaycan ilə sülh müqaviləsi üzərində işləməyə hazırdırsa, o zaman Qazaxın 7 kəndindən çəkilsin. Çəkilmirsə, deməli bunu da Ordumuz səsucaldanın köməyi ilə özü edəcək".

Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib.

O bildirib ki, stənilən halda, Azərbaycan Ordusunun davamlı və qətiyyətli fəaliyyətləri, soyuq hava ilə müşaiyət olunan bu ilki yaz fəslinin Qarabağida çox “qaynar” keçəcəyini ehtimal etməyə əsas verir.

Mehman
Xəbəri paylaş