Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva: “Beynəlxalq platformalar gəncləri sülh və tolerantlıq haqqında düşünməyə yönləndirməlidir”

Könül Nurullayeva: “Beynəlxalq platformalar gəncləri sülh və tolerantlıq haqqında düşünməyə yönləndirməlidir”


Newscenter.az.29.03.2022. Tolerantlıq və Sülh üzrə Beynəlxalq Parlamentin (TSBP) Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində yerləşən Federal Milli Şurada IX plenar iclası baş tutub.

Newscenter.az xəbər verir ki, 85 üzv dövlətin parlament nümayəndələrinin iştirak etdiyi sessiyada iştirak edən millət vəkili Könül Nurullayeva, tolerantlıq və sülh dəyərlərinin təbliğinin gücləndirilməsi istiqamətində təkliflərini irəli sürüb. Bu sahədə mövcud olan problemlər ətrafında danışıqların və müzakirələrin təşviqinə yönəlmiş mexanizmdən bəhs edən K.Nurullayeva vurğulayıb ki, tədqiqat mərkəzləri və beynəlxalq platformalar gəncləri münaqişələr haqqında deyil, sülh və tolerantlıq haqqında düşünməyə yönləndirməlidir. Bundan əlavə, ölkəmizin tolerantlıq və sülh məsələlərində sərgilədiyi qətiyyətli mövqedən söhbət açan deputat bildirib ki, Azərbaycan ərazilərinin işğal altında olması 30 ilə yaxın müddət ərzində regionda sülhün və təhlükəsizliyin təmin olunmasına mane olmuşdur. "Lakin 2020-ci ildə baş verən Vətən müharibəsində tarixi ədaləti bərpa edəndən sonra region ölkələrinin və xalqlarının dayanıqlı sülh şəraitində yaşaması üçün imkan yaranıb", - deyə millət vəkili Könül Nurullayeva bildirib.

Sessiya zamanı həmçinin TSBP ilə Braziliya, Maldiv, Kamboca, Pakistan və Qırğızıstan kimi ölkələrin parlamentləri arasında Anlaşma Memorandumu imzalandı, sözügedən ölkələrlə tolerantlıq və sülh məsələləri üzrə parlamentlərarası əməkdaşlığın gücləndirilməsi istiqamətində razılaşma əldə olundu.
Qeyd edək ki, Tolerantlıq və Sülh üzrə Qlobal Şuranın prezidenti Ahmed bin Mohamed Alcarvan, Tolerantlıq və Sülh üzrə Beynəlxalq Parlamentinin prezidenti Marqarita Restrepo, Parlamentlərarası Birliyin prezidenti Duarte Paçeko, BƏƏ Federal Milli Parlamentinin Sədri Saqr Qubaş, Seneqal Milli Assambleyasının Sədri Mustafa Niasse, Mozambik Milli Assambleyasının Sədri Esperanka Bias, Komorlar İttifaqının Milli Assambleyasının Sədri Mustadroin Abdu və digər önəmli qonaqlar sessiyanın iştirakçıları arasında olublar.

Ruhiyyə
Xəbəri paylaş