Newscenter.az.29.03.2022. "Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına ümid edir".
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko MDB-nin üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şurasının iclasında deyib.
O, Azərbaycan parlamentinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin sədri Alyona Simonyanın mümkün sülh müqaviləsi ilə bağlı fikirlərini şərh edərkən bildirib: “Çox ümid edirik ki, bu vəziyyətə sülh müqaviləsi ilə yekun vurulacaq”.