Newscenter.az.29.03.2022. Palmali Şirkətlər Qrupunun prezidenti, tanınmış iş adamı Mübariz Mənsimov şəhid general Polad Həşimovun anası Səmayə Həşimovanı İstanbula dəvət edib.
Newscenter.az xəbər verir ki, bu barədə Mübariz Mənsimov özü facebook sosial şəbəkə hesabında məlumat paylaşıb. Mübariz Mənsimov qeyd edib ki, dəvəti qəbul edən Səmayə Həşimova ilə Palmali Şirkətlər Qrupunun ofisində görüş keçirilib.
"Adını şanlı tariximizə yazan, şəhid generalımız Polad Həşimovun anası Səmayə Ana dəvətimizlə İstanbula gəldi. Bu gün nur üzlü Səmayə xanım ofisdə bizi ziyarət elədi. Gözündə kədər olsa da baxışları çox qürurlu idi. Oğlu ilə fəxr edirdi! Biz də Generalımızla fəxr edirik. Vətənə Polad kimi oğullar verən anaların qarşısında da baş əyirik. Allah sizləri bizə çox görməsin"-deyə Mübariz Mənsimov qeyd edib.
Mehman