Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Quba Memorial Kompleksinə “Tarixə səyahət” adı altında ekskursiya təşkil edilib

Quba Memorial Kompleksinə “Tarixə səyahət” adı altında ekskursiya təşkil edilib


Newscenter.az.29.03.2022. Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeliyindəki Səməd Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Qubada yerləşən Soyqırımı Memorial Kompleksinə “Tarixə səyahət” adı altında ekskursiya təşkil edilib.

Newscenter.az xəbər verir ki, ekskursiya oxucularda xalqımıza qarşı törədilən faciələr haqqında bilgiləri artırmaq, tarixi hadisələrə düzgün rəy vermək bacarığı formalaşdırmaq, xalqımızın qəhrəmanlıq salnaməsini təbliğ etmək məqsədi daşıyıb.

Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar əks olunub.

Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Sonradan Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən olunub.19 bölmədən ibarət muzey ekspozisiyası azərbaycan, rus və ingilis dillərində təqdim olunub.

Komplekslə tanışlıqdan sonra ziyarətçilər xatirə kitabına ürək sözlərini yazaraq, bu məzarlığın erməni qəsbkarlarının iç üzünün dünyaya çatdırılması üçün canlı nümunə olduğunu qeyd ediblər.

Anar
Xəbəri paylaş