Newscenter.az.29.03.2022. Rusiya Dövlət Dumasının deputatı Mixail Delyagin “Rusiya 24” kanalında yayımlanan verilişində Azərbaycanı sərt və birmənalı şəkildə cəzalandırmağa çağırıb. Delyagin deyib ki: “Azərbaycanın neft sənayesi bizim nəyimizə gərəkdir? Bizə lazım deyil və o çox həssasdır. Əgər insanlar sözləri anlamırlarsa, yəqin ki, onlara hərəkət ilə başa salmaq lazımdır”.
Məsələ ilə bağlı Newscenter.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova deyib ki, Mixail Delyagin Rusiyanın dövlət rəsmisidir. Onun Azərbaycanı nüvə silahı ilə təhdid etməsi Rusiyanın yuxarı orqanlarının icazəsi olmadan ola bilməzdi^
"Buna görə də Delyaginə Azərbaycan dövlət səviyyəsində reaksiya verilməlidir. Rus deputatın bu sərsəm fikirlərini qulaqardına vurmaq olmaz. Çünki onun hansı millətə mənsub olduğunu unutmamalıyıq. Onsuzda son günlərdə Rusiyanın Azərbaycana qarşı aqressiv davranışlarının şahidi oluruq. Gah Rusiya Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Fərrux kəndindəki qalibiyyətini təkzib edir, gah Azərbaycana məxsus saytların Rusiyadan girişinə qadağa qoyulur, gah da bir necə deputatlar Bakıya atom bombası atmaq təklifini verir. Görünən odur ki, Azərbaycanla Rusiya arasında yaranan gərginlik hər gün daha da artır.,Bu gərginliyin ölkəmizin nüvə silahı ilə təhdid olunmasına qədər gəlməsi, əslində çox mətləblərdən xəbər verir".
MMP rəsmisi qeyd edib ki, Rusiya hakimiyyəti və dövlət orqanları Azərbaycanın Qarabağın dağlıq hissəsindəki uğurlarını həzm edə bilmir:
"Onsuz da onlar həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayanıblar. Ancaq indi Ukraynadakı məğlubiyyətlərini nəysə ört-basdır etmək istəyirlərsə, hədəf Azərbaycan olmamalıdır. Çünki Azərbaycan əvvəlki Azərbaycan deyil".
Mehman